Modern.az

Hafiz Hacıyev seçkilərə qatılır...

Hafiz Hacıyev seçkilərə qatılır...

22 Sentyabr 2010, 13:15

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Milli Məclisə keçiriləcək seçkilərə qatılacaq. Bu barədə Modern.az-a məlumat verən H.Hacıyev bildirib ki, hazırda partiyada hansı dairə üzrə marafona qatılmaqla bağlı müzakirələr gedir.

“Artıq Göygol-Daşkəsən seçki dairəsi üzrə namizədliyim partiyanın rayon fəalları tərəfindən təklif edilib və imzalar da yığılıb. Amma mən qəti qərarımı sentyabrın 30-da açıqlayacağam”-deyə o, bildirib.

H.Hacıyev vurğulayıb ki, ola bilsin Bakıdakı dairələrdən birindən namizəd olsun.

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu