Yeni Azərbaycan Partiyası seçkilərdə müstəqli olaraq qatılmış YAP-çılara müraciət edərək namzədliklərini geri götürməyə çağırıb. Əks təqdirdə onlar partiya bileti ilə vidalaşmalı olacaqlar. Partiya rəhbərliyinin çağırışlarına baxmayaraq namizədliklərini irəli sürmüş YAP-çılar hələki geri çəkilmək fikrində deyillər. Modern.az bu qalmaqallı YAP-çı namizədlərin kimliyini araşdırıb. Bu günədək olan siyahı maraqlıdır.
1 saylı Şərur-Sədərək seçki dairəsindən Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun alternativi elə partiyadaşıdır. Naxçıvan Dövlət Unversitetinin kafedra müdiri Etibar Məmmədov artıq imza vərəqələrini götürüb.
3 saylı Babək-Kəngərli –Naxçıvan seçki dairəsindən Babək rayonu Yarımca kənd orta məktəbinin direktoru YAP üzvü Cəbrayıl Əliyev digər tanınmış partiyadaşı Səttar Möhbalıyevin rəqibidir.
13 saylı Xəzər birinci seçki dairəsindən YAP üzvü olan BDU-nun dosenti Elmira Əliyeva namizədliyini irəli sürüb.
16 saylı Yasamal seçki dairəsi üzrə isə iki YAP- çı özabaşına imza vərəqləri götürüb. Hafiz Ağayev ARDNŞ-də hüquqşünas işləyir. Fəxrəddin Babyev isə “Haqlı Tələb” qəzetinin baş redaktorudur.
24 saylı Nizami Birinci seçki dairəsindən isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin baş mütəxəssisi Akif İmanov partiya üzvü kimi YAP-dan icazəsiz marafona qoşulub.
31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə isə 3 YAP-çı rəhbərliyin sözünə məhəl qoymayıb, artıq imza vərəqləri götürüb. Ramazan Bağırov “Yeni Azərbaycan Naminə” qəzetinin baş redaktoru, Mehdi Əhmədov “Qələbə” Əlillər cəmiyyətinin sədridir. Əziz Ələkbərov isə AMEA Floklor İnstitutnun aparıcı elmi işçisidir.
32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə imza vərəqəsi almış digər YAP-çı Asəf Məlikovdur. O, “Fencing” idman klubunun prezidentidir. Namizdəliyini geri götürməsə, yəqin partiyadan çıxarılacaq.
34 saylı Xətai ikinci seçki dairəsindən isə keçmiş millət vəkili professor Əli Əlirzayev imza vərəqələri götürüb. Professor artıq mətbuata YAP rəhbərliyinin çağırışlarına əhəmiyyət verməyəcəyini bəyan edib.
42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə imza vərəqələrini işsiz YAP-çı Abdulla Abdullayev götürüb.
44 saylı Sumqayıt –Abşeron seçki dairəsi üzrə YAP-çı Ələddin Tağıyev imza vərəqələrini alıb. Bu şəxs təqaüdçüdür.
45 saylı Abşeron seçki dairəsi üzrə isə “Azərsu”nin Abşeron rayon su müfəttişi Ələddin Babyevdir.
62 saylı Saatlı seçki dairəsi üzrə keçmiş millət vəkili Minayə Əliyeva da YAP üzvü kimi qeydiyyatdan keçib.
67 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə isə millət vəkili Aydın Həsənov YAP üzvü kimi qeydə alınıb. O da hakim partiyanın namizədlər siyahısına salınmayanlardandır.
80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə isə “Arzu” LTD-nin direktoru Rafiq Tağıyev partiya üzvü kimi qeydə alınıb.
93 saylı Bərdə şəhər seçki dairəsi üzrə isə “Məktəb” qəzetinin təsisçisi Cəbrayıl Əliyev imza vərəqlərini götürüb.
95 saylı Tərtər seçki dairəsindən Azərittifaqda İstehsal-Kommersiya Departamentinin rəisi Elçin Mahmudov namizəd kimi seçkilərə qatılıb. Digər YAP üzvü Qafar Məmmədov Əmlak Məsələləri üzrə Dövlət Komitəsində işləyir.
104 saylı Gədəbəy-Tovuz seçki dairəsi üzrə imza vərəqələrini hazırkı millət vəkili Nazim Məmmədov götürüb. Onun namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
109 saylı Balakən seçki dairəsində isə İqtisadi İnkişaf Nazirliyinin Abşeron şöbəsində işləyən Məhəmməd Nooyev irəli sürüb.
110 saylı Zaqatala seçki dairəsi üzrə namizədliyini verən isə Pedaqoji Unversitetin müəllimi Suveyrat Həsənovadır. Süveyrat xanım artıq imza vərəqlərini DSK-ya təqdim edib.
122 saylı Xankəndi seçki dairəsi üzrə isə İsi Bağırov YAP üzvü olaraq imza vərəqələri alıb. İsi Bağırov özəl işədüzəltmə mərkəzinin sahibidir.
125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə namizədliyini həmin rayonun Hacallı kənd icra nümayəndəsi olan Ceyhun Qəniyev irəli sürüb. Belə getsə o da namizədliyini özbaşına irəli sürən digər partiyadaşları ilə bərabər cəzalandırılacaq.
Modern.az