İyunun 25-26-da Naxçıvan istiqamətində baş verən atışmada Ermənistan hərbçiləri arasında yaralananlar da olub. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu haqda ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məlumat verib. Onun sözlərinə görə, yaralanan iki hərbçi müqavilə əsasında xidmət edirdilər. Ovannisyan yaralı hərbçilərin Sisiyanda hospitala yerləşdirildiyini və üzərlərində cərrahiyyə əməliyyatı aparıldığını da qeyd edib.
Qeyd edək ki, atəşkəsin həmin bölgədə pozulması nəticəsində Ermənistan ordusu itki də verib. Müqavilə əsasında xidmət edən Arman Yepremyanı Azərbaycan hərbçiləri məhv ediblər.
Modern.az