
Dünyanın demək olar hər yerində ərlərinə xəyanət edən qadınlar başqa kişilərlə öz evlərində yaxalanırlar. Çində bunun tam əksinə bir olay baş verib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Çinin Nanjing şəhərinin Xuanwu bölgəsində adı açıqlanmayan bir qadın, birlikdə olduğu kişinin arvadı qəfildən evə gəlincə nə edəcəyini bilməyib.
Qorxudan və çaxnaşmadan lüm-lüt halda ikinci mərtəbədəki mənzilin pəncərəsinə çıxan qadın döyülməmək üçün çarəni aşağı atlamaqda tapıb. Xəbərə görə, Çinin Twitter-i olaraq bilinən sosial şəbəkə saytı Weibo-da yerləşdirilən görüntülər ölkədə günün ən çox danışılan hadisələri arasına girib. Yıxılmaqdan yüngül xəsarətlə xilas olan qadın daha sonra bir taksini dərhal dayandıraraq olay yerindən qaçıb.
Modern.az