“Cənab Putin qonşu dövlətləri hədələyir, hərbi əməliyyatlar aparır və əraziləri işğal edir. Lakin NATO özünün kollektiv müdafiə məntiqindən imtina etməyib və bütün bunlara göz yuma bilməz”.
Modern.az saytının xəbərinə görə bu barədə Böyük Britaniyanın nüfuzlu “The Guardian” nəşri yazıb. Rusiyanın Rumıniya, Polşa, Bolqarıstana və Baltikyanı ölkələrə yaratdığı təhlükəni şərh edən qəzet bildirib ki, ABŞ qoşunları cavab reaksiyası olaraq öz tankları və artilleriyasını adıçəkilən regionlara yerləşdirəcək.Təhlildə göstərilib ki, buna görə Kreml nümayişkarənə şəkildə qəzəblənsə də, məsələyə təəcüblənmək lazım deyil.
“Baş verənlər NATO-nun təşəbbüsü ilə olmur. Rusiya Avropa üzərində uçuşlar edir, nüvə silahı daşıya bilən bombardmançı təyyarələr göndərir və Ukrayna münaqişəsinin həllinə dair Minsk razılaşmasına əməl etmir. Rusiya Ukraynada döyüşləri davam etdirir və sərhəd regionlarda min əsgər saxlayır.
NATO öz sərhədlərinə Putinin gəlməyəcəyinə əmin ola bilməz. Lakin istənilən pozuntuya qarşı verilən reaksiya çox sərt olacaq”,-deyə qeyd edilib.
“The Guardian” NATO-Rusiya qarşıdurmasının yeganə həllinin dialoq olduğunu nəzərə çatdırıb. Bununla belə, bildirilib ki, Rusiyanın eskalasiya yaratmaq cəhdləri qarşılıqlı proseslərə gətirib çıxaracaq.
Aqşin Kərimov