Modern.az

Yerevandakı mitinq dayandırıldı

Yerevandakı mitinq dayandırıldı

30 İyun 2015, 09:17

Yerevanın Baqramyan prospektində 8 gündür elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edənlərin keçirdiyi aksiya təşəbbüs qrupu tərəfindən dayandırılıb.

Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, təşəbbüs qrupunun  üzvü Maksim Marqaryan jurnalistlərə fasiləsiz mitinq elan etdikləri “Azadlıq” meydanını tərk etdiklərini deyib.

İyunun 30-da “Soyğunçuluğa yox!” təşəbbüs qrupu mətbuat konfransı keçirərək bundan sonrakı fəaliyyətlərini açıqlayacaq.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi