Modern.az

İndoneziyadakı təyyarə qəzasında 113 nəfər həlak olub

İndoneziyadakı təyyarə qəzasında 113 nəfər həlak olub

30 İyun 2015, 21:07

İndoneziyada Sumatra adasının şimalında qəzaya uğrayan "Herkules" C-130 tipli hərbi nəqliyyat təyyarəsinin göyərtəsində olan 113 nəfərdən heç kim sağ qalmayıb. Bu barədə France-Presse agentliyi məlumat yayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 12 ekipaj üzvü və 101 sərnişin olub.

İyunun 30-da İndoneziyaya məxsus hərbi nəqliyyat təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Təyyarə "Golden Eleven" mehmanxanasının üstündə partlayıb və yerə düşərkən bir neçə binaya çırpılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi