Modern.az

Türkiyə parlamentinə ikinci turda sədr seçilə bilmədi - NƏTİCƏLƏR

Türkiyə parlamentinə ikinci turda sədr seçilə bilmədi - NƏTİCƏLƏR

30 İyun 2015, 21:45


Bu gün yerli vaxtla saat 15:00-da toplaşan Türkiyə Böyük Millət Məclisinin (TBMM) ümumi iclasında Məclis sədri seçkinin ilk iki turu keçirilib. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, ilk və ikinci tur səsvermədə namizədlər yetərli səs (367) ala bilməyiblər.

3 və 4-cü turun səsvermələri sabah keçiriləcək.

İkinci turda Cümhuriyyər Xalq Partiyasının (CHP) namizədi Dəniz Baykal birinci turdan fərqli olaraq 3 səs artıq toplayıb.

Beləliklə ikinci turun nəticələri:

İsmət Yılmaz (Ədalət və İnkişaf Partiyası): 256
Dəniz Baykal (Cümhuriyyət Xalq Partiyası): 128
Ekmələddin İhsanoğlu (Milliyyətçi Hərəkat Partiyası): 80
Dengir Mir Mehmet Fırat (Xalqların Demokratik Partiyası): 80

İlk turda səsvermənin nəticəsi isə belə olub:

İsmət Yılmaz (AKP): 256
Dəniz Baykal (CHP): 125
Ekmələddin İhsanoğlu (MHP): 81
Dengir Mir Mehmet Fırat (HDP): 81

Seçkidə 2 səs etibarsız sayılıb. Bu rəqəmlərə görə 545 deputat səs verib.

AKP-də 2 millət vəkili üzürlü səbəbdən seçkiyə qatılmayıb. Müvəqqəti Məclis sədri Dəniz Baykal da səs verməyib. AKP-nin namizədi İsmət Yılmaz səsverməyə qatılan partiyalı millət vəkillərinin hamısının səsini qazanmış görünür. HDP və MHP-nin namizədləri partiyalarının deputat sayından 1 səs artıq səs alıb. CHP-nin 132 millət vəkili olduğu düşünüldükdə Dəniz Baykal partiyasının vəkil sayından az səs alıb.

Məclisdə AKP-nin 258, CHP-nin 132, MHP və HDP-nin hərəsinin 80 deputatı var.

Partiyaların Məclis sədrliyi üçün taktika savaşının sabahkı turlarda getməsi gözlənilir.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi