Modern.az

Sərxoş prokuror yol polisindən qaçmaq istədi: Vəzifəsindən oldu - VİDEO

Sərxoş prokuror yol polisindən qaçmaq istədi: Vəzifəsindən oldu - VİDEO

30 İyun 2015, 23:31



Lvovda prokurorluğun istintaq bölməsi rəisinin müavini Andrey Ostaşevski içkili vəziyyətdə avtomobil idarə etdiyinə görə yol polis əməkdaşları tərəfindən saxlanılıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, prokurorluğun sərxoş əməkdaşını avtomobilini qoyub hadisə yerindən uzaqlaşmağa çalışarkən fəallar görüblər.

İnsident iyunun 27-də baş verib. Videodan görünür ki, Andrey Ostaşevski yol polislərindən qaçır. Ostaşevskinin bu hərəkətindən xəbər tutan prokurorluq onu vəzifəsindən uzaqlaşdırmaq qərarına gəlib. Bundan başqa, onun rəisinə töhmət də verilib.

 

 

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi