Modern.az

Sərkisyandan ETİRAF: “Korrupsiya bizi zəiflədib”

Sərkisyandan ETİRAF: “Korrupsiya bizi zəiflədib”

2 İyul 2015, 12:17

“Ermənistan Prokurorluğu bizi, cəmiyyəti zəiflədən korrupsiya təzahürlərinə qarşı mübarizədə güzəştsiz olmalıdır”.

Modern.az saytı erməni mənbələrinə istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sərkisyan deyib.  

O, 1 iyulda Ermənistanda prokrurorluq işçilərinin peşə bayramı münasibəti ilə ünvanladığı təbrik müraciətində bildirib ki, ölkədə tüğyan edən korrupsiyadan azad olmaq üçün sistemli qərarlar lazımdır.  

Serj Sərkisyanın fikrincə, rüşvət və korrupsiya əleyhinə mübarizədə Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları yorulmadan çalışmalıdır.  

Aqşin Kərimov  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi