Bir müddət əvvəl dünya mətbuatında Rusiynın bu ilin fevral ayında yeni hipersəsli uçuş aparatını sınaqdan keçirdiyi yazılmışdı.
Modern.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata bu sınaqlar Moskvanın strateji və taktik nüvə silahlandırmalarının müasirləşdirilməsinə dair yeni planıdır.Qlobal təhlükəsizlik və sabitlik məsələlərindən bəhs edən və məxfi məlumatlarla zəngin aylıq “Jane's Intelligence Review” jurnalının hesabatında bildirilir ki, rəsmi Moskva yaxın bir neçə il ərzində Yu-71 aparatının yaradılmasını həyata keçirəcək.
Qərb mediası yazır ki, bütün bunlar Rusiyanın 4202 saylı məxfi layihəsinin tərkib hissəsidir. Lakin yuxarıda adıçəkilən nəşr qeyd edib ki, Rusiyanın həyata keçirdiyi sınaqlar uğurla nəticələnməyib. Bununla belə güman edilir ki, Rusiya 2020-ci ildən 2025-ci ilə qədər 24 hipersəsli uçuş aparatlarını ordunun arsenalına verəcək.
Bəs Yu-71 silahı hansı özəllikləri ilə seçilir? Qeyd olunur ki, bu, təhlükəli və potensial ölümsaçan texnikadır. Onun sürəti, uçuş məsafəsi və trayektorasının ballistik raketləri asanlıqla məhv etməyə qadir olduğu bildirilir.
Aqşin Kərimov