
Rusiya Dövlət Dumasının keçmiş spikeri Gennadi Seleznyov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Seleznyov ağır xərçəng xəstəliyindən əziyyət çəkir. Həkimlər onun vəziyyəti ilə bağlı ümidli proqnozlar vermirlər.
Məlum olan budur ki, Seleznyov iyun ayının əvvəlində Moskvadakı onkolji mərkəzlərdən birinin reanimasiyasına yerləşdirilib. Pasiyent çətin nəfəs aldığından dərhal süni aparata qoşulub. Bir müddət sonra həkimlər keçmiş spikerin vəziyyətinin yaxşılaşmasına nail olublar və onu Mərkəzi Klinik Xəstəxanaya köçürüblər.
Seleznyov artıq bir həftədir bu xəstəxananın palatasındadır. Həkimlər onun həyatını xilas etməkdən ötrü hər şey edirlər.
Gennadi Seleznyov ikinci və üçüncü çağırış Dövlət Dumasının spikeri olub.
Modern.az