Modern.az

Əfqanıstanda “Taliban”la 18 saatlıq atışma: 50 nəfər öldü

Əfqanıstanda “Taliban”la 18 saatlıq atışma: 50 nəfər öldü

3 İyul 2015, 21:44


Əfqanıstanın Vardak şəhərində polis nəzarət nöqtələrinə “Taliban” hərəkatının hücumunun ardından, iki tərəf arasında baş verən toqquşmalarda 50 nəfərin həyatını itirdiyi bildirilib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, Vardak şəhər meriyasının sözçüsü Ataullah Hogyanay açıqlamasında deyib ki, iyunun 2-də gecə gec saatlarda “Taliban” yaraqlılarının şəhərin Celrez rayonundakı polis nəzarət məntəqələrinə hücum edib, polis və “Taliban” arasında yaranan qarşıdurma bu gün də davam edib.

18 saatdan çox davam edən toqquşmalarda 30 hərbçi, 18 polis və 2 mülki vətəndaşın öldüyünü qeyd edən Hogyanay 18 “Taliban” üzvü ilə 2 polisin də yaralandığını açıqlayıb.

“Taliban”ın sözçüsü Zabiullah Mücahed isə Vardak şəhərinin Celrez rayonunda polis nəzarət məntəqələrinə hücum etdiklərini və 20 nöqtə ələ keçirdiklərini iddia edərək, dünəndən bəri davam edən toqquşmalarda 50 polisi qətlə yetirdiklərini bildirib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi