Bir ay əvvəl Şimali Koreyadan olan biokimyəvi silah üzrə alim özü ilə ölkədə insanlar üzərində aparılan sınaqlarla bağlı məlumatları da götürərək, Finlandiyaya qaçıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Cənubi Koreyanın “Yonhar” agentliyi məlumat yayıb.
Alimlə bağlı yalnız o məlumdur ki, 47 yaşı var, soyadı Lidir, Çaqando vilayətinin Kanqe şəhərindəki mikrobioloji araşdırmalar mərkəzində işləyib. O, ölkəni iyunun 6-da tərk edərək Filippin vasitəsilə Finlandiyaya uçub.
Alimin özü ilə 14 Qbaytlıq məlumat götürdüyü bildirilir. “Yonhar” agentliyinin xəbərinə görə, ölkədən qaçan alim bir ay müddətində Avropa parlamentarları qarşısında çıxış edəcək.
Modern.az