Bu gün axşam saatlarında elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edənlərin yenidən bərpa etdiyi böyük aksiya iştiraçıları Yerevanın Baqramyan prospektinə yetişiblər. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, nümayişçilər prospekti neçə gündür tərk etməyən yoldaşlarına qoşulublar.
“Soyğunçuluğa yox!” təşəbbüs qrupunun üzvü Maksim Sərkisyan jurnalistlərlə söhbət zamanı deyib ki, son illərdə bu mübarizənin tayı-bərabəri olmayıb: “Respublikanın 16 şəhərinin sakinləri bizə qoşulub, bütün dünya erməniləri isə bizə yardım göstərməyə cəhd edir. Mübarizə tələblərimiz yerinə yetirilənə qədər davam edəcək”.
Bu dəqiqələrdə Baqramyan prospektində “Zombi” rok-qrupunun konserti gedir. Bu gün prospektdə nümayişçilərin az olduğu da qeyd edilir.
Modern.az