İyulun 3-də Kolumbiyada sağalmaz xəstəliyə yoluxan şəxs üzərində ilk leqal evtanaziya tətbiq olunub. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, pasiyent 79 yaşlı xərçəng xəstəsi Ovidio Qonsales olub. Bu xəstəliyə görə onun sifətində ciddi dəyişiklik başlayıb. O, Kolumbiyanın məşhur karikaturaçısı, “Matador” ləqəbi ilə tanınan Xulio Qonsalesin atası idi.
Kolumbiyada evtanaziya bu ilin yazında Konstitusiya Məhkəməsinin qərarı ilə leqallaşdırılıb. Müfaviq reqlamenti isə ölkənin Səhiyyə Nazirliyində hazırlanıb.
Modern.az