Modern.az

Putin bərk qorxuya düşüb - SƏBƏB

Putin bərk qorxuya düşüb - SƏBƏB

4 İyul 2015, 10:04

Ermənistanın paytaxtı Yerevanda əhalinin elektrik qiymətlərinin artımına görə hökumət əleyhinə keçirdiyi mitinqlər hələ də davam etməkdədir.

Bəzi mətbuat orqanları və ekspertlər hesab edir ki, Yerevanın Baqramyan prospektində davam edən sosial tələbli aksiyalar siyasi müstəviyə keçəcək və bu, Ermənistan hakimiyyəti üçün “Maydan” ssenarisi olacaq.  

Modern.az saytının verdiyi xəbərə görə Almaniyanın “Huffingtonpost Deutschland” nəşri yazıb ki, Moskva Yerevandakı nümayişlərin nəticəsi olaraq  Ermənistan hakimiyyətinin devrilməsindən çox qorxur.  

Rusiya hökumət dairələrinin Ermənistandakı hadisələrlə əlaqədar çox ciddi qorxu ilə sınağa çəkildiklərini diqqətə çatdıran məqalədə bildirilib ki, Kreml hadisələrin bu yerə çatmasında ABŞ-ı günahkar görür.  

Qeyd olunub ki, əhalisinin 30 faizinin yoxsulluq içərisində yaşadığı Ermənistanın Rusiyadan iqtisadi asılılığı isə ölkədə vəziyyəti bir az da qəlizləşdirir.  

Bununla belə vurğulanıb ki, Rusiya nə qədər qorxuya düşsə də, Ermənistanda hakimiyyət dəyişikliyi real görünmür.  

“Rusiya daha bir postsovet ölkəsini itirməyə hazır deyil. Rusiya lideri Vladimir Putin Yerevana görə daha bir düşmən qazanmaq istəmir”,-deyə bildirilib.  

Aqşin Kərimov    


Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi