Modern.az

Yerevandakı nümayişçilər polisi ittiham etdilər: “Yolu onlar bağlayıb”

Yerevandakı nümayişçilər polisi ittiham etdilər: “Yolu onlar bağlayıb”

4 İyul 2015, 14:43



Yerevanın Baqramyan prospektində elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edənlər bəyan ediblər ki, prospekti onlar yox, polis özü bağlayıb. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, nümayişçilər  deyiblər ki, onlar trotuara yığışıb dinc mitinq edirlər, küçə isə bağlıdır, polis isə onu açmaq üçün heç nə etmir: “Ancaq polis bizi küçəni bağlamaqda qınayır. Heç nə etməməklə küçənin bağlı qalması onlar üçün sərfəlidir”.

Etiraz edənlərə yaxınlaşan Yerevan polisinin rəis müavini Valeri Osipyan isə deyib: “Nümayişçilərin buradakı hərəkəti qanunsuz olduğundan, polis kordon qurmaq qərarına gəlib. Polis nümayişçilərə “Azadlıq” meydanına qayıtmağı təklif edərək vətəndaşların hərəkətini məhdudlaşdırmamağa çağırıb. Bunlar isə zibil yeşiklərindən barrikada qurublar. Biz Baqramyan prospektini boşaltmağa, yolu açmağa və “Azadlıq” meydanına dönmələrinə çağırırıq”. 

Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan isə nümayişçilərə zibil yeşiklərini “Sanitek” şirkətinə qaytarmağı, əvəzində şlaqbaumla yolu bağlamağı təklif edib.

“Polis nümayişçilərə güc tətbiq edəcəkmi” sualına Osipyan belə cavab verib: “Rəsmən bəyan edirəm ki, polis dəyənəkdən, su maşınlarından istifadə etməyəcək”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi