Modern.az

İtaliyalı “cihad-ledi” ailəsini İŞİD-ə dəstək verməyə inandırıb

İtaliyalı “cihad-ledi” ailəsini İŞİD-ə dəstək verməyə inandırıb

5 İyul 2015, 22:14


Bir neçə il əvvəl İslamı qəbul edən gənc italiyalı ciddi katoliq ailəsini İraq-Şam İslam Dövəti (İŞİD) terror qruplaşmasını dəstəkləməyə inandırıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, qızlıq soyadı Mariya Culiya Serxio olan Fatima əz-Zəhra ilk dəfə ictimaiyyətin diqqətini 2009-cu ildə tok-şouda katoliqlikdən İslama keçdiyini deyərkən cəlb edib. O, Neapolda Mərakeş əsilli pitsmeykerə ərə gedib. Ancaq ərindən uzaqlaşaraq Albaniyadan olan radikal islamçı ilə əlaqə qurub. “Cihad-ledi” onunla birgə ötən ilin sentyabr ayında Suriyaya gedib.

Skype ilə danışaraq anasını və atasını ona qoşulmağa inandırmağı bacarıb. Ailə yola çıxmağa hazırlaşanda İtaliya polisi onları həbs edib.

Serxio ailəsində xristianlığa inancını yalnız nənə saxlayıb. Bu səbəbdən nəvə nənəsindən imtina edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi