Yaşları 16-dan 18-ə qədər olan üç qız məktəbə gedərkən motosikletlə hərəkət edən naməlum kişilər onları üstünə turşu töküblər. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, hadisə Əfqanıstanın şərqindəki Xerat şəhərində qeydə alınıb.
Məktəblilər indi xəstəxanadadırlar. Onlardan ikisi ağır yanıq xəsarəti aldığından vəziyyətləri kritikdir. Yerli sakinlər deyiblər ki, qızlar məktəbə getdikləri üçün cəzalandırılıblar. Polis hücum edən şəxsləri axtarır.