Modern.az

Yunanıstanın maliyyə naziri istefa verdi

Yunanıstanın maliyyə naziri istefa verdi

6 İyul 2015, 11:10



Yunanıstanın maliyyə naziri Yanis Varoufakis bu gün vəzifəsindən istefa verdiyini açıqlayıb

  Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Yunanıstanda referendumun ardından istefa böhranı yaşanır. Keçmiş baş nazir Samarasın partiya sədri vəzifəsindən istefasının ardından Yunanıstan maliyyə naziri Varoufakis də istefa verib.

Varoufakis açıqlamasında bu gündən etibarən vəzifəsindən ayrıldığını bildirib.

Varoufakis dünən keçirilən referendumda Avropa İttifaqının planına “bəli” deyiləcəyi təqdirdə istefa verəcəyini açıqlamışdı, ancaq seçicilərin “xeyr” deməsinə baxmayaraq, istefasının səbəbi aydın deyil.  

Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi