Modern.az

“İran Azərbaycanla rəqabət apara bilməz” – İranla aparılan danışıqlara ŞƏRH

“İran Azərbaycanla rəqabət apara bilməz” – İranla aparılan danışıqlara ŞƏRH

6 İyul 2015, 11:51


İranın nüvə proqramına dair “altılıq” ölkələri ilə (ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, Çin + Almaniya) apardığı danışıqlar beynəlxalq siyasi gündəmin əsas müzakirə mövzusudur.

İran nüvə danışıqlarında Qərbin təklifləri ilə razılaşacaqsa, rəsmi Tehrana qarşı sanksiyalar aradan qaldırılacaq.   Mövzu ilə bağlı Modern.az saytına danışan politoloq Qabil Hüseynli bildirib ki, İranın “altılıq” ölkələri ilə anlaşması o qədər də real görünmür.

“Çünki İranın daxilində mühafizəkar siyasi kəsim var. Onlar əgər razılıq əldə edilsə belə, onun parlamentdə təsdiq edilməsinə imkan verməyəcəklər. Üstəlik, İranın nüvə obyektlərinin təftişinə də razılıq verməyəcəklər”.  

Ekspert İrana qarşı sanksiyaların aradan qaldırılacağı təqdirdə, İran neftinin dünya bazarlarında mövqeyinin möhkəmlənəcəyi haqqındakı iddialara da aydınlıq gətirib. O, Azərbaycan neftinin qiymətini itirəcəyinə inanmadığını bildirib:  

“Azərbaycan nefti heç bir zaman arxa plana keçməyəcək. Sadəcə olaraq rəqabət şəraiti güclənə bilər. Lap nüvə sazişi əldə olunsa belə, İran Azərbaycan nefti ilə heç bir rəqabət elementi yarada bilməyəcək.

Çünki İranın xarici siyasətində problemlər çoxdur və bütün diqqətini bu istiqamətə yönəldəcək. Problemin həlli üçünsə xeyli vaxt lazım olacaq”.  

Qeyd edək ki, İranın nüvə proqramına dair yekun sazişin bu ilin iyun ayının axırına qədər imzalanması nəzərdə tutulsa da, tərəflər vaxtı uzadıblar.  

Aqşin Kərimov

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi