Modern.az

Tbilisidə institut binası uçdu: 3 nəfər öldü

Tbilisidə institut binası uçdu: 3 nəfər öldü

6 İyul 2015, 13:43



Tbilisidə Hesablama riyaziyyat və fizika institutunun bir hissəsi uçub. Modern.az-ın Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, 4 nəfər dağıntı altında qalıb. Onların biri sağ çıxarılıb, 3 nəfər ölüb.

Bir hissəsi uçan binanı daha iki mərtəbə artırmaq üçün tikinti gedirmiş. Fəhlələrin 24 saat işlədiyi binanın əlavə hissəsində mehmanxana tikildiyi bildirilib.

Modern.az  
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi