Ermənistan polisi elektrik enerjisinin qiymətinin artırılmasına etiraz olaraq Yerevanın Baqramyan prospektindəki aksiyanın təşkilatçılarına və iştirakçılarına yerli vaxtla saat 12:30-qa qədər prospekti boşaltmaqla bağlı müraciət edib. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, əks halda polis qanunla verilən səlahiyyətindən istifadə edəcək.
“Polis bu gün Baqramyan prospektində təxminən iki həftədir dayandırılan hərəkətin bərpasına hazırlaşır. Bu məqsədlə yolun hərəkət hissəsində gediş-gəlişə mane olan əşyalar götürüləcək”, - polisin bəyanatında bildirilir.
Bundan başqa, polis bəyan edib ki, hüquq-mühafizə orqanlarının qanunsuz mitinqin təşkilatçılarına və iştirakçılarına Baqramyan prospektini könüllü boşaltmaqla bağlı çağırışlarına baxmayaraq, buna əməl edilməyib. Bu səbəbdən polis sonuncu dəfə xəbərdarlıq edib.
Artıq barrikadanın yığışdırılmasına başlanılırb.
Modern.az