İtaliyada Çin istehsalı olan 600 min ədəd sağlamlığa zərərli olan saxta prezervativ ələ keçirilib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, İtaliyanın maliyyə polisi iyulun 7-də Roma hava limanında Çindən gələn və sağlamlığa zərərli olduğu bildirilən 600 min ədəd saxta prezervativ aşkar edib.
Maliyyə polisinin səlahiyyətliləri Çin istehsalı prezervativlərin steril olmadığı, zərərli kimyəvi maddələrdən hazırlandığını bəyan edib. Polis 20-yə yaxın Çin vətəndaşını nəzarətə alıb.
Kiçik qutulara qablaşdırılan prezervativlərlə birlikdə 500 minə yaxın saxta vitamin və qida həbləri, 150 min saxta ləl-cəvahirat da ələ keçirilib.
Modern.az