Ukraynada informasiya təbliğatı yeni mərhələyə qədəm qoyur. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ölkənin informasiya məkanının qorumaq məqsədilə Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın onlarla KİV-nin akkreditasiyasına qadağa qoyulmasına hazırdır. Ukrayna ərazisində professional fəaliyyətindən məhrum ediləcək televiziya kanallarının, radio stansiyaların və qəzetlərin siyahısı “Kiber-Berkut” saytında yerləşdirilib.
İnternet-xuliqanlar Ukraynanın informasiya siyasəti nazirinin müavini Tatyana Polovoyun elektron poçtunu sındıra biliblər. Popova məktubunda xüsusi olaraq qeyd edir ki, siyahı mətbuat üçün deyil və onu çap etmək qadağandır.
Modern.az