Şimali Koreyanın rəhbəri Kim Çen In şəhər xalq komitəsinə seçkilərdə səsini avtobus sürücüsü Xo Men Qım və zavod sexinin rəisi Sin Sun Txenin lehinə verib.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Kim Çen In namizədləri partiyanın, liderin, ölkənin və xalqın, eləcə də “dünyanın ən qüdrətli ölkəsi”ndə sosializm qurmağın xeyrinə işləməkdə tərifləyib. Seçkilərdə Şimali Koreya liderini baş
nazir Pak Pon Çju və bacısı Kim E Çjon müşayiət edib.
Modern.az