Modern.az

İŞİD-ə dəstək verən keçmiş deputat yaxalandı

İŞİD-ə dəstək verən keçmiş deputat yaxalandı

Dünya

20 İyul 2015, 14:41



Bişkekdə Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi təyinatlılarının əməliyyatı zamanı İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatına yardım edən Milli Məclisin keçmiş deputatı saxlanılıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, həyata keçirilən tədbir zamanı ümumilikdə İŞİD tərəfdarı olan 6 nəfər məhv edilib və bu qruplaşmanın 7 üzvü tutulub.

Məlumatda qeyd edilir ki, keçmiş deputat Bişkekdəki Manas hava limanında ölkə ərazisini tərk etməyə cəhd göstərərkən saxlanılıb. Onun ad və soyadı hələ ki açıqlanmır. KİV-in versiyasına görə, söhbət Maksat Kunakunovdan gedir. Modern.az  
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi