Modern.az

İŞİD İraqda 35 ailəni girov götürüb

İŞİD İraqda 35 ailəni girov götürüb

21 İyul 2015, 17:50



Terror təşkilatı İraq-Şam İslam Dövləti (İŞİD) İraqın şimalında bu ölkədən qaçqın olan 35 ailəni girov götürüb. Modern.az bildirir ki, bu haqda İranın “TressTV” televiziya kanalı məlumat yayıb: “İŞİD terrorçuları dörd aydan sonra doğma şəhərləri Tikritə qayıdan 30-dan çox ailəni oğurlayıblar”.

Yerli polisdən verilən məlumata görə, oğurlanan ailələr arasında qadınlar, uşaqlar və qocalar da var. Onlar iyulun 20-də axşam Kərkük əyalətinin Xavidja şəhərindən gedərkən ekstremistlərin əlinə keçiblər. Girov götürülən insanlar dağlıq Xamrin rayonuna aparılıblar, taleləri barədə heç bir məlumat yoxdur.  

Modern.az  
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi