Meksikanın şimalındakı Çiuaua ştatında bir ailənin ikisi uşaq olmaqla 8 üzvünü naməlum silahlı cinayətkarlar öldürüblər. Modern.az xarici KİV-ə istinadən bildirir ki, prikurorluqdan verilən məlumata görə, Martines ailəsinin 9 üzvü Kasa Kemada rayonunda, Meksika narkotik mafiyasının xaşxaş və çətənə plantasiyasının yerləşdiyi və qızıl ücbucaq adlanan ərazidə oğurlanıb.
Oğurlananlardan biri qaçmağa və baş verən olayla bağlı hüquq-mühafizə orqanlarına məlumat verməyə nail olub. Bundan sonra regionda oğurlananların axtarışı məqsədilə genişmiqyaslı əməliyyat başlayıb. Ancaq yalnız onların meyitlərini aşkarlamaq mümkün olub. Onların hamısının başlarının kəsildiyi bildirilir.