Modern.az

Böyük Britaniyadan İŞİD-ə XƏBƏRDARLIQ

Böyük Britaniyadan İŞİD-ə XƏBƏRDARLIQ

4 Avqust 2015, 09:24


Böyük Britaniya Hərbi Hava Qüvvələri İraqda “İslam dövləti” terror təşkilatına  (İŞİD) qarşı apardığı əməliyyatları 2017-ci ilin may ayına qədər uzadacaq.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İraqda səfərdə olan Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon bildirib.   O qeyd edib ki, əməliyyatlar “Tornado” döyüş təyyarələrinin iştirakı  ilə aparılacaq.

“Biz terrorçulara qarşı mübarizədə operativ tempi saxlayacağıq”,-deyə nazir söyləyib.

Aqşin Kərimov  

 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi