Modern.az

Altı uşağını və arvadını parçalayan kişi anasını da öldürüb

Altı uşağını və arvadını parçalayan kişi anasını da öldürüb

4 Avqust 2015, 22:30

Nijni Novqorodda 6 uşağının və həyat yoldaşının amansızcasına qətlində şübhəli bilinən kişi öz anasını da öldürüb. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Oleq Belovun Vladimirski vilayətinin Qoroxovtse rayonunda yaşayan anasının evinin yanındakı ərazidə xalata bükülən qalıqlar aşkarlanıb. Hüquq-mühafizə orqanlarındakı mənbənin bildirdiyinə görə, bu, uşaqlarının və həyat yoldaşının qatili olan atanın anasının bədəninin hissələridir.

Bu gün məlum olub ki, Oleq Belov Nijni Novqorodda 6 azyaşlı övladını və həyat yoldaşının amansızcasına qətlə yetirib. İyulun 25-dən uşaqlar  uşaq bağçasına getməyiblər, bu haqda polisə uşaq bağçasının işçiləri xəbər veriblər. Ailənin yaşadığı mənzilin qapısını heç kim açmayıb. Sonradan mənzildə parçalanaraq selofanlara bükülən meyitlər aşkarlanıb.   Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi