Modern.az xarici mətbuata istinadla xəbər verir ki, Nepalda yaşayan Hagendra Tapa Maqarın adı dünyanın ən balacaboy adamı kimi Ginnesin Rekordlar kitabına düşüb.
18 yaşlı Maqarın boyu 67,08 sm-dir. O, doğulanda cəmi 600 qram olub. Dünyanın ən balacaboy adamı hazırda ticarətlə məşğuldur, meyvə-tərəvəz satır. Boş vaxtlarında isə o, rəqs qrupunun tərkibində qastrollara gedir.