Modern.az

Ekspertlərdən Rusiya üçün bədbin PROQNOZLAR

Ekspertlərdən Rusiya üçün bədbin PROQNOZLAR

Dünya

28 Avqust 2015, 14:30


ABŞ-ın “Bloomberg” agentliyi Rusiyanın neftdən asılılıq dərəcəsi ilə bağlı bir çox ekspertlərin fikrini öyrənib.

Modern.az agentliyə isitnadən xəbər verir ki, ekspertlər neftin 1 barelinin 30 dollara düşəcəyi halda Rusiyada dərin böhranın olacağını, 22,5 dollara enəcəyi halda isə ümumiyyətlə, çökəcəyini proqnozlaşdırır.  

“Rusiya əhalisinin iqtisadi çətinliklərə dözümü, digər dövlətlərdən, hətta geridə qalmış dövlətlərdəkindən daha çoxdur”- deyə almaniyalı ekspert Volf Hunqerland deyib.

Rəyi soruşulan 30 iqtisadçı ekspertin hamısı neft qiymətlərinin aşağı olması səbəbindən büdcədəki boşluqları doldurmaq üçün Rusiya hökumətinin zəif rubla ehtiyacı olduğnu düşünür.

Onların fikrincə, valyutanın kursu 1 dollara görə 80 rubl olduqdan sonra Rusiya Mərkəzi Bankı xarici valyutanın satışına başlaya bilər.   Rusiya maliyyə naziri Aleksey Ulyukayev isə 2015-ci ildə Rusiyanın Ümumi Daxili Məhsulunun proqnozlaşdırıldığı kimi  2,8% deyil, 3,3% azalacağını bildirmişdi.  

Hazırda Rusiya nefti dünya bazarlarında 47,56 dollara satılır.    

Vüqar İsmayılov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi