Modern.az

Qaçqın düşərgələri Türkiyədə qurulsun – Almaniyadan şok təklif

 Qaçqın düşərgələri Türkiyədə qurulsun – Almaniyadan şok təklif

Dünya

28 Avqust 2015, 21:58

 

Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Almaniya Avropanın qaçqın problemini həll etmək üçün şok bir təklif verib. Belə ki, Almaniyanın daxili işlər naziri Tomas de Mezyer qaçqın düşərgələrinin Türkiyədə qurulmalı olduğunu söyləyib.

Onun sözlərinə görə, böyük bir qaçqın düşərgəsinin Türkiyədə qurulması üçün Avropa Birliyinin fondlarından faydalanmaq mümkündür. Almaniyalı nazir qeyd edib ki, növbəti mərhələdə qaçqın düşərgəsindən kimlərin Avropaya qəbul olunacağına qərar verilə bilər.

AB Türkiyəyə qaçqın problemlərinin həlli üçün 469 milyon avronun ayrıla biləcəyini bildirib. Hazırda isə Suriyadan gələn insaların qəbül edilməsinə komək üçün 94 milyon avronun ayrıldığı bildirilir.

Qeyd edək ki, yaz aylarında Türkiyə üzərindən Yunanıstana, oradan da Avropa Birliyi ölkələrinə getmək istəyən qaçqınların sayı xeyli artıb. Avstriya, Macarıstan və Almaniyaya böyük əksəriyyəti suriyalı olmaqla hər gün minlərlə qaçqın axın edir.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi