Modern.az

Erməni tanımadığı adamı azərbaycanlı bilib güllələdi

Erməni tanımadığı adamı azərbaycanlı bilib güllələdi

30 Avqust 2015, 22:12


Tavuş vilayətinin Verin Tsakavan kənd sakini Alik A. ölümə cəhddə ittiham edilir. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, ölkənin Məhkəmə Departamentindən verilən xəbərə görə, yanvarın 4-də Alik A. yolda tanımadığı şəxslə rastlaşıb.

Sonradan məlum olub ki, bu 49 yaşlı Viktor O. olub. Tanımadığı şəxs onunla münasibətdən yayınıb, hətta tanış olmayan dildə danışıb. Buna görə Alik A. belə güman edib ki, qarşısındakı Azərbaycan vətəndaşıdır və ona ov tüfəngindən atəş açıb.

Alik A. bu vəhşi hərəkətinə görə cinayət məsuliyyətinə cəlb edilib.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi