Modern.az

Kim Kardaşyanın əri ABŞ prezidentliyinə namizəd olacaq

Kim Kardaşyanın əri ABŞ prezidentliyinə namizəd olacaq

Dünya

31 Avqust 2015, 11:49



Amerikalı reper, tanınmış erməni əsilli model Kim Kardaşyanın əri Kanye Uest ABŞ prezidentliyinə namizəd olacaq. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, reper bu barədə “MTV Music Awards” mərasimində deyib. Səhnəyə qalxan müğənni 2020-ci ildə namizəd olacağını elan etdikdən sonra zalın dəstəyi ilə qarşılaşıb.

“Hamınız bildiyiniz kimi, 2020-ci ildə ABŞ prezidentliyinə namizəd olacam. Siz düşünürsüz ki. mən səhnəyə çıxmazdan qabaq nəsə çəkmişəm. Hə, mən nəsə çəkmişəm”.

38 yaşlı Kanye Uest 21 dəfə “Qremmi” mükafatı qazanıb və dünyanın ən məşhur reperlərindən sayılır.

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi