Modern.az

Deputatlar parlamentin tribunasını mühasirəyə aldılar

Deputatlar parlamentin tribunasını mühasirəyə aldılar

Dünya

31 Avqust 2015, 13:14


Ukrayna Radikal Partiyasının deputatları Ali Radanın tribunasını mühasirəyə alıblar.

Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda Radikal Partiyasının parlamentdəki fraksiyasının üzvü Andrey Lozovoy məlumat verib: “Parlamentin rəyasət heyətini mühasirəyə almışıq ki, Donbasa xüsusi status verilməsinə yol verməyək”.

Bu gün yerli vaxtla saat 11:00-da başlayacaq Ali Radanın növbədənkənar iclasında Ukrayna Konstitusiyasına dəyişiklə bağlı qanun layihəsi müzakirə olunmalıdır.

Digər məlumata görə, bu dəqiqələrdə Ali Radanın qarşısında böyük mitinq keçirilir. Etirazçılar Konstitusiyaya dəyişiklik edilməməsini tələb edirlər. Aksiyada “Azadlıq” və Oleq Lyaşkonun rəhbərlik etdiyi Radikal Partiyasının tərəfdarlarının iştirak etdiyi bildirilir.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi