Modern.az

Baş redaktor namizədliyini Çingiz Qənizadənin xeyrinə geri götürdü

Baş redaktor namizədliyini Çingiz Qənizadənin xeyrinə geri götürdü

20 Oktyabr 2015, 16:52


80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadənin seçicilərlə görüşləri yüksək əhval-ruhiyyədə keçir.

Seçki Qərargahının mətbuat xidmətindən verilən məlumata görə, artıq bu günədək Çingiz Qənizadə 80 saylı İmişli və Beyləqan seçki dairəsinə daxil olan 24 kənddə təbliğat xarakterli görüşlər keçirib.

Oktyabrın 9-dan start verilən bu görüşlərin davamı olaraq Ç.Qənizadə  İmişli rayonunun Qızılkənd, Ağamalılar, Məmmədli, Əliyetməzli, Allahmədətli, Telişli, Əliqulular  kəndlərində və  Beyləqanın İkinci Şahsevən, Qaradağlı, Yuxarı Çəmənli, Aşağı Çəmənli  kəndlərində seçiciləri ilə görüşüb.

Yüksək əhval-ruhiyyədə keçən  görüşlərdə minlərlə seçici iştirak edib. Seçicilər millət vəkilinin ötən 5 ildə onların etimadını doğrultduğunu, Ç.Qənizadəyə ünvanladıqları hər bir müraciətə deputatın xüsusi həssaslıqla yanaşdığını, üzləşdikləri problemlərin həlli istiqamətində əlindən gələni əsirgəmədiyini vurğulamış və  Çingiz Qənizadəyə  yenidən səs verəcəklərini bildiriblər.

Onu da qeyd edək ki, 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd “Həqiqət və Reallıq” qəzetinin baş redaktoru İsrafil Quliyev namizədliyini Çingiz Qənizadənin xeyrinə geri götürüb.

Ç.Qənizadənin seçicilərlə görüşləri davam edir.


Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!