Modern.az

Bakıda polis qəza törətdi - 24 yaşlı gənc öldü

Bakıda polis qəza törətdi - 24 yaşlı gənc öldü

Təhsil

25 Oktyabr 2015, 01:05

Bakının Ziya Bünyadov prosopektində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

Modern.az musavat.com-a istinadən xəbər verir ki, qəzanı törədən polis əməkdaşı olub. Nəsimi Rayon Polis İdarəsi Post Patrul Xidməti Bölüyünün polis serjantı 1979-cu il təvəllüdlü Müşfiq Eminov idarə etdiyi "Mercedes E-200" markalı 90 ZD 769 dövlət nömrə nişanlı avtomobillə piyadanı vurub.

Piyada Bakı sakini, 1991-ci il təvəllüdlü Murad Abıyev olub. Ağır yaralanan piyada 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib.  

M.Abıyevə tibbi yardım göstərsələr də onun həyatını xilas etmək mümkün olmayıb.  

Modern. az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi