ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıda işlənmiş avtomobillərin satışı məqsədi ilə hərrac keçirəcək. Modern.az saytı xəbər verir ki, hərrac noyabrın 13-də Məmmədşərif Həmidov küçəsi, 51 ünvanında keçiriləcək.
Avtomobillərin baxışı həmin gün saat 9:00-dan 11:00-a qədər mümkündür. Alıcı mütləq şəxsiyyətini təsdiq edən şəkilli sənədi təqdim etməlidir. Alınan malların dəyəri dərhal ödənilməlidir. Hərraca 9 avtomobil çıxarılacaq və ilkin qiymət 500 dollardan başlayacaq.
Modern.az