Modern.az

Sabahın hava PROQNOZU - Yağışlar davam edəcək

Sabahın hava PROQNOZU - Yağışlar davam edəcək

14 Noyabr 2015, 11:53

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən məlumata görə, sabah – noyabrın 15-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, gün ərzində havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 10-15, Bakıda gecə 7-9, gündüz 9-11dərəcə isti olacaq.
Atmosfer təzyiqi 769 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90,  gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin gündüz əsasən yağmursuz olacağı, lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı  yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-9, gündüz 10-15 dərəcə isti,  dağlarda  gecə 2 dərəcə şaxtadan 3dərəcəyədək isti, gündüz  8-13 dərəcə isti olacağı gözlənilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi