Modern.az

Sabah Bakının bu küçələrində su olmayacaq

Sabah Bakının bu küçələrində su olmayacaq

17 Noyabr 2015, 17:17


Nərimanov rayonunun Ə.Rəcəbli, A.Neymətulla, Y.V.Çəmənzəminli, F.Xoyski,  F.Yusifov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dan Modern.az-a verilən məlumata görə, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin çıxış kollektorundan Ceyranbatan-Binəqədi magistral su kəmərinə birləşmənin  verilməsi ilə əlaqədar noyabrın 18-i gün ərzində Nərimanov rayonunun Ə.Rəcəbli, A.Neymətulla, Y.V.Çəmənzəminli, F.Xoyski,  F.Yusifov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi