Modern.az

Rusiyada telekanala hücum: 2 nəfər öldürüldü

Rusiyada telekanala hücum: 2 nəfər öldürüldü

19 Noyabr 2015, 17:28



Rusiyanın xarici ölkələrdə yayımlanan əsas telekanalı sayılan “Russia Today”ın İsraildəki ofisinə silahlı hücum edilib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bıçaqla silahlanan şəxs “Russia Today” kanalının Təl-Əvivdə yerləşən ofisinə qalxaraq 2 nəfəri öldürüb, 3 nəfərə xəsarət yetirib.

Hadisə yerində olan şəxslər terrorçunu tutaraq polisə təhvil veriblər.

Hazırda İsrail polisi Təl-Əvivin mərkəzi küçələrində nəqliyyatın hərəkətini dayandırıb.

Vüqar İsmayılov 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi