Dünya İqtisadi Forumu, YUNESKO Statistika İnstitutu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı dünya ölkələrində gender bərabərliyi ilə bağlı statistika açıqlayıb.
Modern.az xəbər verir ki, 145 ölkə arasında aparılan araşdırmaların nəticəsinə görə Azərbaycan gender bərabərliyinə görə 96-cı yerdə qərarlaşıb.
Sıralama hər ölkənin öz şərtləri içərisində qadın və kişi arasındakı bərabərsizliyin böyüklüyünə görə edilir. Beləcə, zəngin və kasıb ölkələr ədalətli şəkildə müqayisə edilir.İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı qadın və kişi arasındakı maaş fərqlərini də hər bir cinsiyyətin ölkədə aldığı əmək haqlarına görə aparıb.
Gender bərabərliyinin təmin edildiyi ölkələr sırasında ilk üçlükdə İslandiya, Norveç və Finlandiya dayanır. Siyahıda son sıralarda olan 3 ölkə isə Suriya, Pakistan və Yəməndir.
Aytən ZƏHRA