"Azərbaycanda hazırda 2166 məscid var. Amma sovetlər dövründə cəmi 17 məscidimiz fəaliyyət göstərirdi”.
Modern.az saytının məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.
Sədr müavininin bildirdiyinə görə, müstəqilliyimizi bərpa etdikdən sonra orta hesabla hər 4 gündən bir yeni məscidin açılışı olub.
“Məscidlərimizin ümumi tutumu təxminən yarım milyon nəfərdir. Yəni, respublika üzrə məscidlərdə eyni vaxtda yarım milyon insan namaz qıla bilər. Lakin hesablamalara əsasən, respublika üzrə Cümə namazlarında iştirak edənlərin sayı 150 mindən çox deyil".
... Nəticə çıxarmağı hər kəsin öz ixtiyarına buraxıram!”.
Modern.az