Modern.az

“Sumqayıtdakı Doğum evlərinin baş həkimləri işdən çıxarılmayıb” - AÇIQLAMA

“Sumqayıtdakı Doğum evlərinin baş həkimləri işdən çıxarılmayıb” - AÇIQLAMA

Təhsil

20 Noyabr 2015, 12:13

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun səhiyyə sistemində, xüsusən Doğum evlərində neqativ hallarla bağlı səhiyyə şöbəsinin rəhbəri Ələkbər Tağıyevə iradlarını bildirməsi və bunun nəticəsində Doğum evlərinin baş həkimlərinin işdən çıxarılması haqqında mətbuatda yayılan məlumatlar təkzib olunub.

Səhiyyə Nazirliyindən Modern.az-a bildirilib ki, Sumqayıt şəhər 1 saylı Doğum evinin baş həkimi Sevda İsgəndərli və 2 saylı Doğum evinin baş həkimi İmmi Ələkbərova işdən çıxarılmayıb: “Bu məlumatlar yalandır. Baş həkimlər iş başındadırlar”.

Məsələni dəqiqləşdirmək üçün Doğum evləri ilə əlaqə saxladıq. 1 saylı Doğum evindən baş həkimin Səhiyyə şöbəsinə iclasa getdiyini və onun işdən çıxarılması haqqında yayılan informasiyaların yalan olduğunu bildiriblər.

2 saylı Doğum evindən də baş həkimin Səhiyyə şöbəsində iclasda olduğu qeyd edilib. Lakin onun işdən çıxarılıb-çıxarılmadığı haqqında məlumata hər hansı cavab verilmədi.

Aytən ZƏHRA

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi