Amerika-Azərbaycan Ticarət Palatası (AMCHAM) Azərbaycan Prezidenti İlham Əliyevi daimi diqqətə və münasibətlərin inkişafına verdiyi töhfəyə görə "Leadership Award" mükafatına layiq görüb. Modern.az saytı Trend-ə istinadən xəbər verir ki, mükafatı dövlət başçısının adından Azərbaycanın maliyyə naziri Samir Şərifov qəbul edib.
Mükafat Bakıda AMCHAM-ın 20 illiyinə və ABŞ ticarət missiyasının Azərbaycana səfərinə həsr olunmuş tədbirdə verilib.
Modern.az