Modern.az

“Elmi "mühit" onu dəm qazından daha öncə zəhərləmişdi”

“Elmi "mühit" onu dəm qazından daha öncə zəhərləmişdi”

27 Noyabr 2015, 16:05

“Elə indicə Tofiq Hacıyevin dəm qazından zəhərlənib dünyasını dəyişdiyi haqda xəbəri eşitdim və gerçəkdən də çox pis oldum. Ölüm haqq işidir, amma həm də dəm qazından zəhərlənərək ölməsi lap ağırdır. Bu zəhərlənmə zamanlama baxımından da diqqət çəkicidir. Böyük alimi, böyük insanı iyrənc elmi "mühit" dəm qazından daha öncə zəhərləmişdi”.  

Bunu hazırda Türkiyədə yaşayan azərbaycanlı alim, professor Məmməd İsmayıl bu gün dünyasını dəyişən akademik Tofiq Hacıyevin ölümünə münasibət bildirərkən vurğulayıb. Modern.az xəbər verir ki, şair akadmeikin ölümündən çox təsirlənib və öz emosiyalarını gizlədə bilməyib:

“Dəm qazı  bəlkə də bu mühit zəhərlənməsini bir daha gündəmə gətirmək üçün faciəvi partlayış oldu. Biz niyə bu gündəyik görəsən, kim bizi bu günlərə saldı axı? Hər böyük istedad Tanrının seçdiyi və milli sərvətdir! Bəs halal ya haram yolla yığdığı pulun dəyərini bilən millət  milli-mənəvi sərvətinin qədrini nə zaman biləcək?!”.



Elmin NURİ
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi