Modern.az

XİN assosiasiya prezidentinin adını “qara siyahı”dan çıxardı

XİN assosiasiya prezidentinin adını “qara siyahı”dan çıxardı

Təhsil

3 Dekabr 2015, 12:39


Almaniya Federativ Respublikasının vətəndaşı, “Amonbe” Assosiasiyasının prezidenti Piter Qraf Şönborn (Peter Graf Schönborn) Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılmasını xahiş edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, məktubunda P.Şönborn Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadan səfər etdiyini qeyd edib. O, bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik mənası daşıya bilməyəcəyini vurğulayıb.

Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, P.Şönborn Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfər ilə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. P.Şönborn həmçinin gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.

P.Şönbornün müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılmasına dair qərar qəbul edilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi